26 iyun 2010 00:44

Həşərat yeyən aktrisa Maradonaya inanmır (FOTO)

Məşhur Hollivud ulduzu, meksikalı aktrisa Salma Hayek həm də futbol azarkeşi imiş. Aktrisanın etiraf etdiyinə görə, Fransa yığmasına qarşı Meksika millisinin futbol üzrə dünya çempionatıında keçirdiyi oyuna tamaşa etmək üçün evinə xeyli meksikalı dostlarını toplayıbmış. Meksikanın dövlət bayraqları ilə bəzədilmiş evdə meksikalıların qələbəsindən sonra əsl vur-çatlasın olub.
 
Salma 1/8 finalda Meksikanin Argentinaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini belə ifadə edib: “Məndə belə bir hiss var ki, biz Argentinanı udaraq ¼ finala çıxa bilərik. Bizim edə bilməyəcəyimiz heç nə yoxdur”.
 
azerisport.az xəbər verir ki, aktrisa heç kəsin ondan gözləmədiyi etiraflar da edib. Hayek deyib ki, ən sevdiyi yeməklərdən biri avokado lətinin püresi ilə qizardılmış qarışqalardır. Aktrisa qurdlardan xeyli yemək hazırlama resepti bilirmiş. Onun sozlərinə görə, kiçik çəyirtkələrin qızartması həqiqətən çox dadlıdır.