6 iyul 2010 13:00
Uruqvayın qələbəsi erotika həvəskarlarını sevindirəcək (fotoreportaj)
Populyar uruqvaylı model Monika Farro futbol üzrə dünya çempionatında hamının sevimlisinə çevrilmiş paraqvaylı azarkeş və model Larisa Rikelmeni kölgədə qoya bilər.
azerisport.az saytının məlumatına görə, «Playboy» jurnalının ulduzu olan Farro ötən günlərdə televiziya ilə çıxış edərək söz verib ki, əgər bu gün Uruqvay komandası yarımfinalda Hollandiyaya qalib gələrsə, erotik şou təşkil edəcək.
«Mən çoxdandır ki, öz yığmamızın çıxışından olduğu kimi bu qədər müsbət emosiya hiss etməmişdim, - Uruqvay futbolçularından birinin həyat yoldaşı olan xanım belə deyib. – Qana komandası üzərində qələbə məni dünyanın ən xoşbəxt insanı etmişdi. Əgər millimiz finala yüksəlsə, bu qələbənin şərəfinə mən erotik şou təşkil edəcəyimə söz verirəm».
