8 oktyabr 2018 11:31

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” bu gün öz müştərilərinə 36 oyun təklif edir. Bazar ertəsi proqramı saat 14-də Vyetnam liqasının oyunları ilə başlayır, sabah səhər saat 6:30-dastart götürəcək ABŞ MLS liqasının matçı ilə yekunlaşır. Bir sözlə saatdan və məkandan asılı olmayaraq mərc həvəskarları gecə-gündüz “Topaz”la futbol həyəcanını yaşaya bilər.
Günün proqramına daxil edilən matçlardan 4-nə “təkli oyun” kimi mərc etmək mümkündür. Bunlar Yunanıstan superliqasının “Ksanti”-“Larisa” (kod 1111, saat 20:00) və Fransa 2-ci liqasının “Soşo”-“Mets” qarşılaşmaları (kod 1126, saat 22:45), həmçinin İspaniya sequndasının 2 oyunu – “Rayo Majadahonda”-“Sportinq Xixon” (kod 1117, saat 22:00) və “Saraqosa”-“Osasuna” (kod 1130, saat 23:00) görüşləridir.
Adlarına görə təbii ki, yaxın keçmişdə La Liqada oynamış “Saraqosa” ilə “Osasuna”nın dueli daha cəlbedicidir. Arxada qalan 7 turdan sonra komandalar turnir cədvəlində qonşudur. 1 xal çox toplayan “Saraqosa” 12-ci, “Osasuna” 13-cüdür. Turnir cədvəlində bir addım öndə olsa da, statistika “Saraqosa”nın əleyhinədir. Komanda sequndada son 3 turda qələbə qazana bilməyib. Səfərdə “Ovyedo” üzərində 4:0 hesablı qələbənin üstündən düz bir ay vaxt keçir. Qələbə üçün darıxan saraqosalı fanatlar bu gün sevimli komandalarından 3 xal gözləsə də, ortada arzuolunmaz bir statistika var.
“Saraqosa” düz 6 ildir “Osasuna”nı məğlub edə bilmir. Sonuncu dəfə 2012-ci ildə tərəflər La Liqada çıxış edəndə qələbəyə sevinib saraqosalılar. Hər iki komanda sequndaya düşəndən sonra isə “Osasuna” bir dəfə belə bu rəqibinə uduzmayıb. “Tilsim”in bu gün qırılacağına inananlar “Topaz”da “Saraqosa”nın qələbəsinə 1.95 əmsalla mərc edə bilər. Heç-heçənin əmsalı 2.8, “Osasuna”nın qələbə əmsalı isə 3.25 nisbətindədir.
İntuisiya və şansınızı “Topaz”la yoxlayın. Bu daha real və sürətli qazancdır.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.
TOPAZ 11 noyabr

Şimali İrlandiya millimizlə matçın favoritidir

İdman mərc oyunları operatoru Topaz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.