3 sentyabr 2010 00:18

FİFA DÇ-2010-nun nəticələrinə yekun vurdu

FİFA DÇ-2010-nun nəticələrinin rəsmi təhlilinini dərc etdi. Azerisport.az xəbər verir ki, bu işə cəlb olunan mütəxəssislər İspaniya millisini təriflədi.

Bildirildi ki, Afrika təmsilçilərinin uğursuz çıxışı əcnəbi mütəxəssislərin cəlb olunması ilə bağlı idi. Qapıçıların səhvlərinə diqqət yetirildi, lakin heç bir günah "Jabulani" topunun üzərinə qoyulmadı. Hakimlərin kobud səhvləri nəticəsində bir neçə komandanın zərər çekməsi isə FİFA ümumiyyətlə ikinci plana çəkdirdi. Bunun əvəzinə oyunçuların DÇ-yə yorqun gəlməsi məsələsi qaldırılmışdır. İspaniya və Almaniya arasında keçirilən və əksəriyyət tərəfindən "çirkli oyuna" görə tənqid olunan final oyununa isə belə təsvir verildi – "əsasən Hollandiya millisinin tərəfindən edilən qayda pozuntuları ilə keçirilən oyun".
 
Təhlili müxtəlif təcrübəli məşqçi və futbolçular etdi.
 
Mənbə: AP