2 iyul 2010 11:37

Yaxşı unudulmuş köhnə, yaxud Afrikanın son ümidi

Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilir. İlk olaraq meydançaya Hollandiya və Braziliya komandaları çıxacaqlar. Sözün açığı, bu qarşıdurmada narıncıların şansları elə də böyük görünmür. Bunu bukmekerlərin proqnozları da təsdiqləyir. Amma yenə də ümid edirik ki, bizi çox maraqlı və gərgin oyun gözləyir.
 
Digər oyunda yığmaların adları birinciyə nisbətən az cəlbedici görünsə də, prinsipiallığına görə bu matç, bizcə, daha böyük maraqla gözlənməlidir. Çünki Uruqvay millisinin adını biz, adəti üzrə, yalnız futbol tarixinə dair kitabçalardan oxumuşuq. Uzun müddətdir ki, tarixin ilk dünya çempionu heç bir ciddi uğura imza ata bilmir. Və bu gün komanda adını dünyanın 4 ən güclü yığmasının sırasına yazdıra bilər.
 
Qana komandası isə ilk dəfə Afrikada keçirilən dünya çempionatında mübarizəni davam etdirən yeganə «qara qitə» təmsilçisidir. Bütün Afrika qanalıları dəstəkləyir. Bu baxımdan, Asamoanın komandasının yarımfinala yüksəlməsini həddən çox azarkeş gözləyir.
 
 
19:00
HOLLANDİYA – BRAZİLİYA
 
Port-Elizabet. «Nelson Mandela» stadionu. Hakim – Yuiçi Nisimura (Yaponiya).
Qarşıdurmanın tarixi (oyundan əvvəl): +2 =4 -3 topların fərqi 13-14
Əmsallar (oyundan əvvəl): 4.5 – 3.4 – 1.91
 
 
23:30
URUQVAY – QANA
Yohannesburq. «Sokker Siti» stadionu. Hakim – Oleqariu Benkerensa (Portuqaliya).
Qarşıdurmanın tarixi (oyundan əvvəl): ilk dəfə qarşılaşırlar
Əmsallar (oyundan əvvəl): 2.1 – 3.2 – 4