28 iyun 2010 12:43
FIFA prezidenti bizim adamdır
FİFA prezidenti Zepp Blatter İngiltərənin Almaniyanın qapısına vurduğu topun sayılmamasına görə beynəlxalq federasiyanın ünvanına yağan tənqidlərə cavab verib.
azerisport.az xəbər verir ki, Blatter bu tənqidlərə cavab olaraq deyib: «Heç bir müasir qurğunu tətbiq üçün optimal hesab etmək olmaz. Müxtəlif variantlar müzakirə edilir. Fikir var ki, topa xüsusi çiplər yerləşdirilsin, lakin bu zaman həmin çipləri istehsal edən firmalarla problemlər ortaya çıxacaq, çiplərin quraşdırılması hüquqları məsələsi gündəmə gələcək. Bundan başqa, bütün futbol meydançasını ötürücülərlə bürümək lazım gələcək. Bu, maddi və texniki baxımdan çətindir. Topun qapı xəttini keçməsini qeydə alan kameralar da vəziyyətdən çıxış yolu deyil. Topun ətrafında çoxlu sayda futbolçu olarsa, vacib bir detal nəzərdən qaça bilər. Mürəkkəb texnologiyalardan istifadə etməməklə topun qapı xəttini keçməsini qeydə alan bir üsul tapılsaydı, bu, yalnız futbolun xeyrinə olardı».
Kim nə deyirsə desin, Blatter bizim adamdır. İnanmırsınızsa, elə bu mövzuda bu gün yazdığımız «Futbolda videotexnologiyalar olsun, ya olmasin? Və bu bizim haramıza yaraşır?» yazısını da oxuyun.
