22 mart 2018 17:58

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
«Bu il doğma meydanda ilk oyunumuzu keçirəcəyik. Hər bir futbolçu oyuna ciddi hazırlaşıb. Bizi qarşıda hansı oyunların gözlədiyini hamı bilir. Sabahkı oyunla bağlı futbolçularla söhbətimiz olub. Doğrusunu etməyə çalışacağıq. 
U-21-in heyətində olan Ramil Şeydayevlə Mahir Mədətovun potensialına bələdəm. Belarusa qarşı oyunda onların meydana çıxmaq şansı az idi. Çünki həmin mövqedə başqa futbolçuları sınamaq istəyirəm.
Millətlər Liqası ilə Avropa Çempionatının seçmə mərhələsi fərqli yarışdı. Bu gün heç bir milli komandanı zəif hesab etmək olmaz. Çünki onlar düşündüyümüzdən daha güclü, istəklidirlər. Bütün oyunlara nəticə qazanmaq üçün köklənəcəyik. Hər iki turnirdə şansımız var, ancaq istəyirəm ki, futbolçular bu oyunların Azərbaycan üçün nə demək olduğunu bilsinlər.
Makedioniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. İlk gündən bu sistemin tərəfdarı olmuşam. Çünki oyun zamanı müzakirələrə səbəb olan epizodlar çox olub, bəzi komandaların haqqı əlindən alınıb. Ona görə də bu sistemin oyunlarımızda tətbiqinin tərəfdarıyam. 
Əvvəl “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq oyunlar keçirildikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Çünki stadiona çox azarkeş gəldi. Həmin vaxt nəqliyyatla bağlı müəyyən problemlər yaşansa da, arena standartlara tam uyğundur». (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbol 10 yanvar

Qarabağa yeni futbolçu qoşuldu

"Qarabağ"ın Antalyada qış təlim-məşq toplanışını davam etdirir.