5 oktyabr 2018 11:02

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
Çempionlar Liqası və Avroliqanın ardınca sıra milli çempionatlarındır. Bu gün əksər ölkələrin çempionatlarında, o cümlədən Topaz premyer liqasında növbəti tura start verilir.
Milli çempionatımızın bu gün keçiriləcək hər 3 oyununa - "Zirə" - "Qəbələ" (proqramda kodu 130), "Səbail"-"Sumqayıt" (kod 135) və "Neftçi" - "Sabah" (kod 154) görüşlərinə "Topaz"da mərc edə bilərsiniz.
Bu günkü qarşılaşmalardan 6-sına "təkli oyun" kimi mərc etməyiniz mümkündür. Onların arasında İspaniya primerosunun 8-ci turunun açılış matçı - "Atletik Bilbao"-"Real Sosyedad" matçı da var. Çoxillik tarixə malik bu bask derbisi böyük maraqla gözlənilir. Bilbao təmsilçisi La Liqada son 5, "Real Sosyedad" isə son 2 turda qalib gələ bilmədiyindən tərəflərin qələbə üçün maksimum güc qoyacağı şübhə doğurmur.
Ötən tur "Nou Kamp"da "Barselona" ilə 1-1 oynayıb sensasiyaya imza atan "Atletik"in axşamkı dueldə nisbətən favorit sayılması qanunauyğundur. Üstəlik bilbaoluların heyətində cəmi iki itki olduğu halda "Real Sosyedad"ın 7 əsas oyunçusu zədə, ikisi isə cəza səbəbindən derbidə oynamayacaq. Gecənin maraqlı qarşılaşmasına "Topaz"da həm "təkli oyun" kimi, həm də canlı mərc edə bilərsiz. Əmsallar: "Atletik Bilbao"nun qələbəsi 2, heç-heçə 3.2, "Real Sosyedad"ın qələbəsi 3.45.
Bask derbisi ilə yanaşı bu gün "Topaz"da daha 5 matça da "təkli oyun" kimi pul yatıra bilərsiz. Bunlar "Kasımpaşa"-"Göztəpə", "Verder"-"Volfsburq", "Torino"-"Frosinone", "Tuluza"-"Nitsa" və "Brayton"-"Vest Hem" görüşləridir. Ümumiyyətlə, bu günkü oyun proqramımızda 148 matça mərc etməyiniz mümkündür. Hər oyun qazanmaq şans deməkdir. Şansnızdan istifadə edin.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.
TOPAZ 11 noyabr

Şimali İrlandiya millimizlə matçın favoritidir

İdman mərc oyunları operatoru Topaz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.