4 aprel 2022 19:19

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı. 2021-ci il dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir.
Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə belə oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura oyunların təşkili və ya bilet satışı, oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.
Əslində, daha öncədən də bu barədə qadağalar var idi, amma müxtəlif vasitələrlə qanunlar pozulur, vətəndaşlar xarici bukmeker kontorlarında oynamağa davam edirdi. “Telekommunikasiya haqqında” Qanuna son düzəlişdən sonra nəzarət daha da güclənib.
Ölkədə mərc oyunlarını təşkil edən qurumlar var və onlar mərc həvəskarlarına yaxşı xidmət göstərir. Uduşlar vaxtında, heç bir problem yaradılmadan ödənilir. Amma bəzi vətəndaşlar var ki, xarici bukmeker kontorlarına üz tutur, haqsızlıqla üzləşəndə dərini deməyə heç kimi tapmır, hətta uduşlarını da ala bilmir. Yalnız uduşlarını ala bilmədikdən sonra yanlış yolda olduqlarını anlayırlar.
Sözügedən saytların hər hansı ofisi, rəsmi nümayəndəliyi yoxdu, bu səbəbdən cərimələrdən yaxa qurtarırlar. Onlar ofşor zonalarda saxta şirkətlər yaradır və böyük təbliğat mexanizmi, reklamlarla digər ölkələrin bazarına daxil olub qanunsuz fəaliyyət göstərir, insanların pulunu talayırlar. Həmin saytlarla birbaşa əlaqəyə girmək üçün vasitə yoxdu, olduqda isə heç zaman problemin həllinə nail olmaq baş tutmur.
Belə saytlar vergidən, müxtəlif xərclərdən qaça bildiyi üçün qanuni mərc saytları ilə müqayisədə daha yüksək, cəlbedici əmsallar təklif edirlər. Belədə vətəndaşları tora salmaq asanlaşır. Amma böyük uduşlar olanda onlara əl çatmır, kimsə də haqqını tələb edə bilmir. Hesablar blok olunur, və ya müxtəlif bəhanələrlə ödənişlərin verilməsi “unudulur”.
Aldadılmış müştərilərin sosial şəbəkələrdə etdiyi “üsyanlar”dan bir neçə nümunəni təqdim edirik. Məsələn, bir nəfər yazır: “1xBetdə 500 AZN depozit edilmiş hesab idi. Bir neçə dəfə xahiş etdikdən sonra çıxarışı bağladılar, sənədlər istədilər. Müxtəlif kartların şəkilləri, kartlardan çıxarış, sorğu-sual... Sonra da yalandan, qaydalara zidd mərc etdiyimi deyib hesabımı blokladılar, udduğum 14 minin arxasına keçdilər. Heç bir halda hesabı geri qaytarmadılar”.
Camaatın ürəyi doludu. Başqa bir vətəndaş “BetPriz”də 10 AZN depozit edib, voleybolda “stavka” edərək balansını 3 gün ərzində 17 min manata qədər yüksəldib. Çıxarış verdikdə vətəndaşı incidiblər, ona gündəlik 300, 200, 100 manat çıxarmağa imkan yaradıblar, sonda 15 min manat qalarkən hesabı səbəb göstərmədən blok ediblər.
“MostBet” də fırıldaqda ad çıxarıb. Bu saxta şirkət bir nəfərin 39 min manatlıq uduşunu ödəməkdən imtina edib. Səbəb kimi oyunların guya satılmış olması göstərilib. Vətəndaş kuponun fotosunu paylaşaraq yazıb: “Bu şəkildə satılmış oyun görürsüz? Hamının pul yatırıb qazanacağı oyunlardı. Hələ “MostBet”in bir işçisinin hesabı oğurlamasını demirəm. Hesabı oğurlayıb, parolu dəyişib, indi isə hesab dondurulub. “MostBet” 10-12 günə cavab verəcəyini demişdi, indi də 60 günə cavab verəcəklərini deyirlər”.
Digər bir zərərçəkmiş yazır: “Mənə dərs olsun. Bir də belə saytlara güvənib mərc etmərəm. 732 AZN çıxarış etdim, imtina gəldi, sənəd təsdiqi istədilər. Halbuki keçən ay vəsiqə ilə selfi istəmişdilər, göndərmişdim, problem olmamışdı. Bu dəfə çıxarış məbləği yüksəldiyi üçün belə etdilər... Cünet Erten başda olmaqla bir qrup fırıldaqçını bu sektordan rədd etmək lazımdı. Hər kəs boykota başlasın. “BetPriz”, “Bahisden Bet”, “BetButa” – Azərbaycanda bu saytlar eyni adamındı, pulları yığıb qaçırlar, sonra başqa saytla bazara girirlər. Belə saxta oynamayın, daha bəsdir. Bu saytlar sizi ən çətin anda pis vəziyyətdə qoyub pulunuzu mənimsəyir. Mənə dərs olsun. Nə varsa ancaq “eTopaz” – dövlətin qanuni mərc saytı”.
Bunlar narazı müştərilərdən yalnız bir neçəsidi, oxşar nümunələr həddindən artıq çoxdu.

Похожие новости

TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.
TOPAZ 11 noyabr

Şimali İrlandiya millimizlə matçın favoritidir

İdman mərc oyunları operatoru Topaz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.