25 iyun 2010 11:49

Almaniya penaltilər seriyasına hazırlaşır

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İngiltərəyə qarşı oynayacaq Almaniya yığma komandasının kapitanı Filipp Lam oyunun penaltilər seriyasına qədər uzanacağını istisna etmir.
 
azerisport.az xəbər verir ki. Lam bununla bağlı deyib: «Bu variant bizi tam qane edərdi. Biz buna psixoloji olaraq tam hazırıq, həmçinin müntəzəm olaraq 11 metrlik zərbələrin vurulmasını məşq edirik. Ümid edirəm ki, ingilislər özlərinə bu qədər arxayın deyillər. Rəqabətimizin böyük tarixi var. Yığmalarımız arasında keçirilən oyunlar həmişə maraqlı alınır. Görək, növbəti mərhələyə kim çıxacaq».
 
Sirr deyil ki, almanların belə arxayınlıqla penaltilər seriyasına ümid bəsləmələrinin əsas səbəbə ingilis qapıçılarının açıq-aşkar zəifliyidir.