25 iyun 2010 10:54

İspaniya da pley-offdan kənarda qalacaqmı?

H qrupu
 
23:30 Çili - İspaniya
23:30 İsveçrə - Honduras
 
Çili – qrupda birinci yeri tutmaq üçün komanda İspaniya ilə oyunda heç olmasa heç-heçə etməlidir. Minimal hesabla belə uduzacağı halda isə komanda pley-offdan kənarda qala bilər.
 
İspaniya – qrupdan çıxmaq üçün komanda Çiliyəistənilən hesabla qalib gəlməlidir. Nəzərə alsaq ki, qrupun ikincisi 1/8 finalda böyük ehtimalla Braziliya komandası ilə qarşılaşacaq, ispanlar birinci olmaq üçün qrupun son oyununda mümkün olduğu qədər böyük hesabla qalib gəlməyə çalışmalıdırlar. Heç-heçə ipanlara yalnız o halda pley-off vəsiqəsi gətirə bilər ki, digər oyunda İsveçrə Hondurasa məğlub olsun.
 
İsveçrə – istənilən hesablı qələbə komandanı pley-offa aparır. Heç-heçə olarsa, İsveçrəlilər ümid etməlidirlər ki, Çili komandası ispanlara qalib gələcək. Minimal hesablı məğlubiyyət də komandanı növbəti mərhələyə çıxara bilər, lakin bunun üçün ispanlar Çiliyə böyük hesabla məğlub olmalıdırlar.
 
Honduras – komandanın şansları çox cüzidir. Pley-off mərhələsinə çıxmaq üçün honduraslılar İsveçrəyə 3 top fərqi ilə qalib gəlməli və gözləməlidirlər ki, Çili komandası İspaniyanı məğlub etsin.