25 iyun 2010 16:29
Cənubi Afrika sakini Ginnesin rekordlar kitabına düşəcək
CAR-ın 29 yaşlı sakini Tulani Nqkobo bu gün Ginnesin rekordlar kitabına düşəcək. Belə ki, bu gənc üçün Çili – İspaniya oyunu 2010-cu ilin dünya çempionatında canlı olaraq izlədiyi 21-ci matç olacaq. Özü də 21 oyunun hamısına Tulani əvvəldən axıra qədər stadionda baxıb.
Ümumilikdə, Nqkobo CAR-dakı birincilikdə 26 oyuna gedib. Lakin cəmi 21 oyuna axıra kimi baxmağa imkan tapıb.
Qeyd edək ki, Nqkobo bu oyunlara bir qəpik də pul xərcləməyib. Sadəcə olaraq, ötən il keçirilən bir müsabiqədə dünya çempionatının 38 oyununa pulsuz bilet qazana bilib.
