25 iyun 2010 16:15
Rusiyalı idman naziri ingilislərə sataşıb
Rusiyanın idman naziri Vitali Mutko bildirib ki, futbol üzrə dünya çempionatından ibrət götürmək lazımdır: «İlk növbədə, xaricdən dəvət olunan futbolçuların sayına məhdudiyyət qoyulmalıdır. Milli maraqları qorumaq üçün bunu mütləq etmək gərəkdir».
azerisport.az xəbər verir ki, Mutko ingilislərin də «bostanına» daş atıb: «Məsələn, İngiltərədə bütün ölkəyə iki yerli qapıçı qalıb. Dünya çempionatı bu planda bəzi Avropa ölkələrinə yaxşı dərs olmalıdır».
