25 iyun 2010 15:44
Bu gün hər bir portuqaliyalı futbolçu 50 min avro itirə bilər
Braziliya komandasına qarşı oyunda heç-heçə Portuqaliya yığmasına imkan verəcək ki, komanda pley-off mərhələsinə vəsiqə qazansın. Lakin bu halda hər bir futbolçu düz 50000 avro itirə bilər.
azerisport.az xəbər verir ki, Portuqaliyanın milli futbol federasiyası qrup mərhələsini adlayacaqları təqdirdə komandaya 1.150.000 avro (hər bir futbolçuya 50 min avro) verəcəyini bildirib. Lakin bu məbləğ o zaman təqdim olunacaq ki, yığma komanda qrupda birinci yeri tutsun. Başqa sözlə, bu gün Portuqaliya yığması Braziliyanı məğlub edə bilməsə, həmin məbləği qazana bilməyəcək.
Qeyd edək ki, Portuqaliya milli komandası dünya çempionu olarsa, hər bir futbolçu 340.000 avro mükafat alacaq.
