24 iyun 2010 15:39

Toşak ispaniyalıların məşqçisini təhqir edib

«Real» (Madrid) futbol klubunun keçmiş baş məşqçisi, uelsli Con Toşak İspaniya yığmasının baş məşqçisi Visente del Boskeni kəskin tənqid atəşinə tutub, hətta bəlkə də təhqir edib.
 
azerisport.az xəbər verir ki, Toşakın fikrincə, del Boske ancaq hansısa işi məhv edə bilər və onu Luis Araqoneslə müqayisə etmək qeyri-mümkündür: «Mən hər iki mütəxəssisi yaxşı tanıyıram, onları müqayisə etmək olmaz. Araqones çox yerlərdə işləyib, Boske isə yalnız Türkiyədəki işi ilə öyünə bilər. Orada «Beşiktaş»a rəhbərlik edib və komandanı faciə səviyyəsinə gətirərək bütün işi məhv edib».