23 iyun 2010 11:25
Azarkeşin pley-off sevinci ölümlə nəticələndi
Komandasının 1/8 finala vəsiqə qazanmasını bayram edən koreyalı azarkeş boğularaq ölüb.
Nigeriya ilə 2:2 hesabı ilə başa çatan oyundan sonra Cənubi Koreya yığmasının dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmasına sevinən koreyalı azarkeş – Li soyadlı 20 yaşlı tələbə dostları ilə birlikdə Seuldakı Xan çayına tullanıb. Onlar qələbəni bu cür bayram etmək istəyiblər.
azerisport.az xəbər verir ki, dostları sonradan çaydan çıxa bilsələr də, Li uzun müddət görünməyib. Xeyli sonra dostları onu çayda huşsuz vəziyyətdə tapsalar da, həkimlər tələbəni həyata qaytara bilməyiblər.
