23 iyun 2010 10:50
Fabio Kapello: «Mən axmaq deyiləm»
Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kapello bu gün oynanılacaq İngiltərə – Sloveniya matçı barədə düşüncələri ilə bölüşüb.
azerisport.az xəbər verir ki, Kapello oyunla bağlı deyib: «Bizim çox yaxşı komandamız var və məqsədimizin dünya çempionatının finalı olduğunu dediyim üçün məni axmaq saymaq lazım deyil. Düzdür, bu dünya çempionatında hələ ki yaxşı nəticə göstərə bilmirik, lakin biz sonrakı mübarizəyə hazırıq. Mənim üçün Sloveniyaya qarşı oyun pley-off oyunudur. Çempionlar Liqasının yarımfinalı, lap elə finalı kimi. Təəssüf ki, hazırda biz olmalı olduğumuz səviyyədən xeyli aşağı düşmüşük. Nüfuzum mənim üçün heç bir əhəmiyyət daşımır, vacib olanı nəticədir. Komandamız bütün oyunçuları bilir ki, nə etmək lazımdır – yalnız qələbə qazanmaq gərəkdir».
