23 iyun 2010 09:52
Şimali Koreyada futbol dövlət səviyyəsində qadağan oluna bilər
Dünya çempionatında Portuqaliyaya 0:7 hesabı ilə məğlub olan Cənubi Koreyada bu xəbərin üstündən keçmək daha arzuolunandır. Kütləvi informasiya vasitələri hətta oyun başa çatandan sonra belə bu barədə heç bir məlumat yaymayıblar.
Koreya Xalq Demokratik Respublikasının rəsmi dövlət agentliyi olan KCNA və oyunu canlı yayımla nümayiş etdirən dövlət televiziyası xəbərlər buraxılışında oyun barədə susmağı üstün tutublar.
azerisport.az xəbər verir ki, Braziliya yığmasına qarşı ilk oyunda 1:2 hesabı ilə məğlubiyyət KXDR jurnalistləri tərəfindən az qala qələbə kimi qələmə verilmişdi. Qeyd olunurdu ki, koreyalılar oyunda tam üstünlüyə malik olsalar da, bir az bəxtləri gətirməmişdi.
Portuqaliyaya acınacaqlı məğlubiyyət isə bu avtoritar ölkədə futbolu ciddi təhlükə qarşısında qoyub. Hətta futbolun rəsmi səviyyədə qadağan oluna biləcəyini deyənlər də var. Xatırladaq ki, 1994-cü ilin dünya çempionatına vəsiqə qazanmaq uğrunda pley-off mərhələsində uduzduqdan sonra Şimali Koreya yığması iki növbəti çempionatın seçmə yarışlarına qatılmamışdı.
