23 iyun 2010 14:50

Fransızlar Mundialda iştiraka görə bonuslardan imtina ediblər

Futbol üzrə Fransa yığma komandasının üzvləri dünya çempionatında iştiraka görə onlara verilməli olan bonuslardan imtina edəcəklər. Uğursuz iştiraka və qrup mərhələsini keçə bilməmələrinə baxmayaraq, futbolçular əldə olunmuş marketinq qazancından faizlərə ümid edə bilərdilər.
 
Komandanın kapitanı Patris Evranın sözlərinə görə, onlar pul götürməyəcəklər: «Biz bütün bonuslardan imtina edəcəyik. Bir santim də götürməyəcəyik».