22 iyun 2010 10:28

Qəribə də görünsə, daha çox birincilik şansı olan komanda İsveçrədir

H qrupunun komandalarının pley-off şansları barədə
 
Çili – qrupda birinci yeri tutmaq üçün komanda İspaniya ilə oyunda heç olmasa heç-heçə etməlidir. Minimal hesabla belə uduzacağı halda isə komanda pley-offdan kənarda qala bilər.
 
İspaniya – qrupdan çıxmaq üçün komanda Çiliyəistənilən hesabla qalib gəlməlidir. Nəzərə alsaq ki, qrupun ikincisi 1/8 finalda böyük ehtimalla Braziliya komandası ilə qarşılaşacaq, ispanlar birinci olmaq üçün qrupun son oyununda mümkün olduğu qədər böyük hesabla qalib gəlməyə çalışmalıdırlar. Heç-heçə ipanlara yalnız o halda pley-off vəsiqəsi gətirə bilər ki, digər oyunda İsveçrə Hondurasa məğlub olsun.
 
İsveçrə – istənilən hesablı qələbə komandanı pley-offa aparır. Heç-heçə olarsa, İsveçrəlilər ümid etməlidirlər ki, Çili komandası ispanlara qalib gələcək. Minimal hesablı məğlubiyyət də komandanı növbəti mərhələyə çıxara bilər, lakin bunun üçün ispanlar Çiliyə böyük hesabla məğlub olmalıdırlar.
 
Honduras– komandanın şansları çox cüzidir. Pley-off mərhələsinə çıxmaq üçün honduraslılar İsveçrəyə 3 top fərqi ilə qalib gəlməli və gözləməlidirlər ki, Çili komandası İspaniyanı məğlub etsin.