22 iyun 2010 17:36
Eme Jake: «Komandanı sıfırdan formalaşdırmaq lazımdır»
Fransa yığmasını 1998-ci ildə hələ ki yeganə dünya çempionluğuna gətirmiş futbol mütəxəssisi Eme Jake hesab edir ki, hətta pley-off mərhələsinə çıxsa belə, komanda bütün dünya qarşısında yaşanmış utancı silə bilməyəcək. Onun fikrincə, yalnız baş məşqçinin dəyişdirilməsi və komandanın yenidən formalaşdırılması vəziyyəti xilas edəcək.
azerisport.az xəbər verir ki, Eme Jake bunlarla bağlı deyib: «Əgər komandada əsas məşqçi deyil, oyunçulardırsa, bunu meydançada sübuta yetirsinlər. Amma mən əminəm ki, CAR komandası üzərində qələbə və 1/8 finala vəsiqə də bu komandanın üzərindən ləkəni yuya bilməyəcək. Hər şey yalnız Loran Blan komandanı qəbul edəndən sonra düzələ bilər. Ona heç bir məsləhət verə bilmərəm, sadəcə, Blanın yerində olsaydım, komandanı sıfırdan formalaşdırardım».
