22 iyun 2010 16:32

David Vilya cəzalandırıla bilər

İspaniya futbol yığmasının hücumçusu David Vilya Honduras komandasına qarşı dünənki oyunda qeyri-idman xarakterli davranışına görə cəzalandırıla bilər.
 
azerisport.az xəbər verir ki, Vilya birinci hissənin sonunda cərimə zərbəsi vurulan zaman mövqe seçərkən rəqibin oyunçusu Emilio İsagirrenin üzünə zərbə endirib. Görüşün hakimi Yuiçi Nişimura bu epizoda heç bir reaksiya verməmişdi. Lakin istisna edilmir ki, Vilya videotəkrar əsasında cəzalandırıla bilər. Yaponiyalı hakim etiraf etsə ki, epizodu görməyib və görsəydi, mütləq oyunçunu cəzalandırardı, ispaniyalı futbolçunun başı ağrıya bilər.
 
FİFA-nın nümayəndəsi bu məsələ ilə bağlı deyib: «Hal-hazırda David Vilya ilə əlaqədar bizdə informasiya yoxdur. Qərar çıxarmazdan öncə matçın hakiminin raportunu əldə etmək lazımdır».