22 iyun 2010 13:28
Almanlar artıq geriyə qayıtmaq üçün təyyarə biletlərini də sifariş ediblər
Almanların hər şeyə vasvasılıqla yanaşması məlum faktdır. Bu dəfə də xarakterlərinin bu tərəfini nümayiş etdirmiş futbol üzrə Almaniya yığma komandası hər ehtimala qarşı «Lufthansa» şirkətinin Cənubi Afrikadan Almaniyaya uçan reysinə biletlər sifariş edib.
Xatırladaq ki, sabah Almaniya komandası dünya çempionatının qrup mərhələsinin son turunda Qana ilə üz-üzə gələcək və Bundestim həmin oyunda qalib gələ bilməsə, demək olar ki, 1/8 final şansı qalmayacaq.
azerisport.az saytının məlumatına görə, Almaniya komandasının bilet sifariş etdiyi reys cümə axşamı günü axşam saat 18:55-də Yohannesburqdan Frankfurta yola düşür.
