22 iyun 2010 13:18

Mattias Zammer Almaniya komandasının baş məşqçisi ola bilər

Almaniya milli komandası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməsə, baş məşqçi Yoahim Löv istefaya gedəcək.
 
azerisport.az xəbər verir ki,Almaniyada demək olar ki, heç kim Yoahim Lövün istefaya gedəcəyi təqdirdə, onu hazırda Almaniya Futbol İttifaqının idman direktoru olan, 1996-cı ilin Avropa çempionu Mattias Zammerin əvəzləyəcəyinə şübhə etmir.