21 iyun 2010 12:36
Portuqaliyaya qarşı oyuna Şimali koreyalılar canlı yayımda baxacaqlar
Şimali Koreyada bugünkü Portuqaliya – KXDR matçı yanlı yayımda göstəriləcək.
azerisport.az xəbər verir ki, sonuncu dəfə belə «hədiyyəni» koreyalılar 2009-cü ilin iyun ayında almışdılar – o zaman KXDR milli komandası dünya çempionatının seçmə turnirində İranla qarşılaşmışdı. O ki qaldı dünya çempionatının final mərhələsinə, Braziliyaya qarşı oyunun Şimali Koreyada yalnız videoyazısı nümayiş etdirilib.
