21 iyun 2010 14:32

Larisanın xatirinə kişilərin əksəriyyəti Paraqvaya azarkeşlik edir (Fotoreportaj)

Futbol üzrə dünya çempionatını izləyən kişilərin böyük əksəriyyəti özləri üçün turnirin favoritini müəyyənləşdiriblər – bu, Paraqvay yığma komandasıdır. Komandanı çempionatın əsas kəşfi – model Larisa Rikelme dəstəkləyirsə, ona necə azarkeşlik etməyəsən?
 
Gözəl model vətənində çoxdan məşhurdur – populyar modeldir, açıq-saçıq şəkilləri hər zaman diqqət mərkəzindədir. Təbii ki, bu qız heç cür dünya çempionatına laqeyd qala bilməzdi. Cənubi Afrikada o, öz komandasını bütün varlığı ilə dəstəkləyir.
 
İnternet istifadəçiləri arasında isə Larisa bu günlərdə ən populyar insanlardan birinə çevrilib.
 
azerisport.az xəbər verir ki, Rikelme populyarlığı ilə bağlı bunları deyib: «Bu qədər məşhur olmağıma sevinirəm. Ümid edirəm ki, bu, mənim gələcək karyerama öz təsirini göstərəcək. O ki qaldı çılpaq şəkillərimə,atam bunları görsə,yəqin ki, məni öldürər».