21 iyun 2010 13:24

Fransa prezidenti milli komandada baş vermiş qalmaqala münasibətini bildirib

Fransa prezidenti Nikola Sarkozi ölkəsinin milli komandasında baş vermiş son hadisələrə biganə qalmayıb. Dövlət başçısı Cünubi Afrikada komanda ilə birlikdə olan idman naziri Rozelen Başelodan xahiş edib ki, milli komandada baş vermiş xoşagəlməz hadisənin iştirakçıları – kapitan Patris Evra, baş məşqçi Raymon Domenek və futbol federasiyasının rəhbəri Jan-Pyer Eskalettlə görüşlər keçirsin.
 
azerisport.az bildirir ki, prezidentin müraciətini şərh edən idman naziri Başelo deyib: «Mənim kimi prezidentimiz də millətin şərəfi ilə bağlı çox narahatdır. Biz dözüm və məsuliyyət nümayiş etdirməli və yaranmış vəziyyətdən layiqli şəkildə çıxmalıyıq. Hələ ki cəza tədbirlərinin vaxtı yetişməyib, həmin vaxt qabaqdadır. İndi qarşıya qoyulmuş idman vəzifələrini yerinə yetirmək lazımdır. Çempionat başa çatandan sonra münaqişə ilə ətraflı şəkildə məşğul ola bilərik».