21 iyun 2010 13:13

İngiltərənin qrupdan çıxmaması Kapelloya sərf eləyir?

İngiltərə Futbol Assosiasiyası baş məşqçi Fabio Kapellonun gələcəyi ilə bağlı suallara cavab verməkdən çəkinir. Lakin İngiltərə yığma komandasının qrup mərhələsini keçə bilməyəcəyi halda Asosiasiya Kapellonun centlmenliyinə ümid edəcək.
 
azerisport.az saytı BBC-yə istinadla bildirir ki, ingilis futbol məmurları Mundialda uğursuzluğa düçar olacağı təqdirdə Kapellonun özünün ərizəsini yazacağını düşünürlər. Xatırladaq ki, pley-off mərhələsinə çıxmaq üçün İngiltərə millisi qrupdakı son oyunda mütləq qələbə qazanmalıdır. Sloveniyaya qarşı matçda bu, o qədər asan olmaya da bilər.
 
Yox, əgər Kapello komandada işləməyi davam etdirmək istəsə, o zaman İngiltərə Futbol Assosiasiyası radikal addım ataraq özü baş məşqçini tutduğu vəzifədən azad etməlidir. Bu zaman Asosiasiya müqaviləni vaxtından əvvəl pozduğu üçün Kapelloya 10 milyon funt sterlinq (!) təzminat ödəməli olacaq. Bu isə hətta komandanın dünya çempionu olacağı halda belə italiyalı mütəxəssisə vəd olunmuş məbləğdən qat-qat çoxdur.
 
Göründüyü kimi, sırf maddi cəhətdən yanaşsaq, Kapelloya ən sərf edən variant məhz İngiltərə komandasının faciəsidir. Amma öz aramızdır, ömrünü-gününü futbola həsr etmiş mütəxəssisin imici məsələsi də var.