20 iyun 2010 02:04

E qrupu: 3 komanda gözünü 2 yerə dikib

Bu qrupda Kamerundan başqa bütün komandalar son tura ümidlə çıxacaqlar
 
Hollandiya– Bütün motivasiyasını itirmiş Kameruna qarşı oyunda narıncılara heç-heçə də tamamilə kifayətdir ki, qrupda 1-ci yeri tutsunlar. Ən pis halda Hollandiya 2-ci yeri tuta bilər. Bunun üçün o, Kameruna uduzmalı, eyni zamanda Yaponiya – Danimarka matçında yaponlar 2 top fərqi ilə, ya da avropalılar 3 top fərqi ilə qələbə qazanmalıdırlar.
 
Yaponiya– Komandanı son turda qələbə və istənilən hesablı heç-heçə qane edir. Fantastik hadisələr baş verməzsə, yaponlar yalnız 2-ci yerə umid edə bilərlər. Məğlubiyyət halında heç bir pley-off şansı qalmır.
 
Danimarka– Bu komandaya Yaponiya ilə oyunda ancaq qələbə lazımdır. İstənilən hesablı heç-heçə və məğlubiyyət danimarkalılar üçün çempionatın sonu anlamına gəlir.
 
Kamerun– Dünya çempionatında bütün pley-off şanslarını itirmiş hələ ki, yeganə komandadır.