19 iyun 2010 21:04
Ermənistanda da yerli dildə şərhləri eşitmək istəmirlər
Ermənistanda öz ölkələrinin futbol şərhçilərini Azərbaycanın və Gürcüstanın şərhçiləri ilə müqayisə ediblər.
azerisport.az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının rəhbəri Aleksey Arutyunyan yerli KİV-lərin və Ermənistan vətəndaşlarının tənqidinə cavab olaraq deyib: “Başqa dillərdə məktəblərin açılmasına qarşı olan insanlar indi tələb edirlər ki, futbol matçları rus dilində translyasiya olunsun. Düşünmürəm ki, bizim şərhçilərimiz Gürcüstandakı və Azərbaycandakı şərhçilərdən geri qalırlar. Bununla birlikdə, mənə elə gəlir ki, Gürcüstanda və Azərbaycanda rus dilində translyasiya tələb etməzlər”.
