19 iyun 2010 15:02

Rəhman Hacıyev «Altay»da oynayacaq

Azərbaycanın ən istedadlı gənc futbolçularından olan Rəhman Hacıyev Türkiyə çempionatında çıxış edəcək.
 
azerisport.az xəbər verir ki, o, Bank Asya 1.Liqada yarışan «Altay» klubunun üzvü olacaq. Xatırladaq ki, «Altay»ın məşqçisi ötən mövsüm «Bakı»da çalışmış Cüneyt Biçerdir.
 
17 yaşlı Rəhman Hacıyev artıq türk klubu ilə prinsipial razılıq əldə edib. Türkiyənin əhəmiyyətinə görə ikinci liqasında türk dövlətlərindən olan 2 futbolçunun legioner sayılmadığını nəzərə alsaq, Rəhman «Altay»da yerli futbolçu kimi də çıxış edə bilər.