18 iyun 2010 10:20
Patris Evra: «Belə anlarda futbol haqda düşünmək istəmirsən»
Futbol üzrə Fransa yığma komandasının kapitanı Patris Evra Meksikaya məğlub olmalarını (0:2) əsl fəlakət adlandırıb. «Mançester Yunayted» klubunun müdafiəçisi etiraf edib ki, hesabda məğlub vəziyyətə düşdükdən sonra onun komandası oyunu necə bərabərləşdirəcəyini bilmirdi.
azerisport.az xəbər verir ki, Evra bununla əlaqədar deyib: «Mən çox pərişanam. Hiss etdim ki, ölkəmizdə futbol oynamağı bacarmırlar. Avropa çempionatında qrupdan çıxmırsansa və dünya çempionatında pley-off mərhələsinə düşməməyə çox yaxınsansa, bu vaxt futbol barədə heç düşünmək istəmirsən. Bu gün faciə baş verdi. Birinci qolu buraxandan sonra necə oynayacağımızı bilmirdik. Sonra isə rəqib ikinci topu vurdu və bizi «öldürdü».
