18 iyun 2010 16:32
Oxucularımızın cəmi 38%-i dünya çempionatına «Lider» telekanalında baxır
Saytımızın keçirdiyi sorğunun nəticələrinə əsasən, oxucularımızın cəmi 38%-i dünya çempionatına «Lider» telekanalında baxır. Daha 27% belə hesab edir ki, oyunlara «Lider»də baxmaqdansa,ümumiyyətlə baxmamaq daha yaxşıdır.
Rəyi soruşulanların 18%-i Mundiala TRT-1 kanalının peyk siqnalını «sındırmaqla» tamaşa edir. Daha 7% Rusiya kanallarına baxmaq imkanına malikdir. Oxucularımızın 4%-i futbolu izləməyin ən yaxşı yolunu İnternetdə görür. Maraqlıdır ki, sonrğuda iştirak edənlərin 3%-ni dünya çempionatının oyunları maraqlandırmır.
