16 iyun 2010 13:31
Robinyo: «Soyuq hava KXDR müdafiəsinin yanında heç nədir»
Braziliya milli futbol komandasının hücumçusu Robinyo KXDR futbolçularının müdafiədə yaxşı oyununu qeyd edib.
azerisport.az xəbər verir ki, Robinyo deyib: «Bizim üçün soyuq hava rəqibin oyununa nisbətən daha az problem törədirdi. Onlar, demək olar ki, bütün komanda ilə öz qapılarının ətrafına cəmləşmişdlər. Biz xeyli əziyyət çəkməli olduq. Bu, çempionatda ilk oyunumuz idi, ona görə də, həyəcanlı idik. Vurulan ilk qoldan sonra işlərimiz daha yaxşı getməyə başladı. Əlbəttə, biz daha məhsuldar oynamaq istərdik. Qorxulu bir şey baş verməyib… Əsas odur ki, üç xal qazana bildik. Ümid edirəm ki, ikinci oyunda daha yaxşı oynayacağıq».
