15 iyun 2010 13:06
Pele Maradonanın ünvanına xoşagəlməz ifadələr işlədib
Əfsanəvi braziliyalı futbolçu Pele deyib ki, Dieqo Maradona Argentina yığmasına ancaq pul xatirinə rəhbərlik edir.
azerisport.az xəbər verir ki, Pele Maradona və Argentina yığması haqda bunları söyləyib: «Maradona Argentina yığmasına ancaq ona görə başçılıq edir ki, daha çox pul qazanmaq istəyir. Seçmə turnirdə Argentinanın necə pis oynamasını hamı görürdü. Bunun təqsiri Maradonanın özündə yox, onu həmin vəzifəyə təyin edənlərdədir».
