14 iyun 2010 12:47

Almaniyanın baş məşqçisi: «Biz bundan da yaxşı oynaya bilərik»

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avstraliya üzərində inamlı qələbədən sonra yetirmələrinin oyunundan razı qaldığını deyib.
 
azerisport.az bildirir ki, bununla belə 50 yaşlı məşqçi bundestimin hələ öz üzərində işləməli olduğunu da nəzərə çatdırıb: «Qələbə çox vacib idi. Bu, bizdə öz gücümüzə inamı artıracaq. İndi pley-off mərhələsinə çıxmaq üçün üç xal toplamaq lazımdır. Futbolçuların hamısı mübariz əhval-ruhiyyədə idilər və bütün bacardıqlarını etdilər. Çox şey alınırdı, amma bu, hələ turnirin başlanğıcıdır».