14 iyun 2010 12:27

Elano: «Şimali Koreya komandasına hörmətlə yanaşmaq lazımdır»

Braziliya yığma komandasının yarımmüdafiəçisi Elano Koreya Xalq Demokratik Respublikasının komandasına qarşı sabahkı oyundan əvvəl yoldaşlarını diqqətli olmağa və rəqibi zəif saymamağa çağırıb.
 
azerisport.az xəbər verir ki, Braziliya yığmasının «Qalatasaray»lı futbolçusu deyib: «Biz rəqibimizə hörmət etməliyik. Əlbəttə, yığmaların nailiyyətlərinə baxsaq, görərik ki, Braziliyanın qat-qat çox titulu var. Lakin ayrıca götürülmüş bir oyunda bunun elə bir əhəmiyyəti yoxdur».