14 iyun 2010 12:09
Absurd: Azarkeşlər dünya çempionatına baxdıqlarına görə öldürüldülər
Somalinin paytaxtı Moqadişo şəhərində terror aktı baş verib. Gtzlicə Argentina – Nigeriya matçını izləyən azarkeşləri futbola baxdıqları yerdə yaxalayan terrorçular onlardan 2-ni öldürüb, 10-nu isə həbs ediblər.
Yerli əhalinini bildirdiyinə görə, silahlı şəxslər evə daxil olaraq dünya çempionatının oyununa tamaşa edən azarkeşlərə divan tutublar. Somalinin terrorçular tərəfindən idarə olunan hissələrində dünya çempionatının oyunlarını izləmək qadağan edilib.
azerisport.az saytına daxil olan məlumata görə, beşuşaq anası Həlimə Əhməd hadisə ilə bağlı deyib ki, terrorçular evə girən zaman azarkeşlərdən ikisi hasarın üstündən tullanaraq qaçmaq istəyiblər, lakin onları güllələyərək öldürüblər. Yerdə qalan tamaşaçıları isə (o cümlədən Həlimənin ərini və yeniyetmə oğlunu) həbs ediblər.
Somalinin bu hissəsinə nəzarət edən islamçı qruplaşmanın lideri olan Şeyx Məhəmməd Əbu Abdalla bildirib ki, həbs edilənlər islam qanunlarını pozublar və şəriət məhkəməsi qarşısında cavab verəcəklər.
Bizə şükür, heç olmasa bir kanalda baxmaq olur...
