14 iyun 2010 14:07

Şimali Koreya millisinin baş məşqçisi Braziliya ilə oyundan 3 xal gözləyir

KXDR yığma komandasının baş məşqçisi Kim Çon-Xun Braziliyaya qarşı oyun öncəsi fikirləri ilə bölüşüb.
 
azerisport.az xəbər verir ki, Şimali Koreya millisinin baş məşqçisi deyib: «Qrupumuzda bütün rəqiblər çox güclüdür. Amma futbolda heç də həmişə güclü komanda qalib gəlmir. Bilirik ki, qrupdan çıxmaq üçün qalib gəlmək lazımdır. Buna görə də, kimə qarşı oynamağımız əsas deyil. Biz üç xal qazanmaq istəyirik. Rəqiblərimiz elə fikirləşir ki, ancaq müdafiə olunacağıq. Çünki seçmə turnirdə məhz belə futbol göstərmişik. Lakin biz lazım olanda yaxşı, hücum futbolu da göstərə bilirik. Braziliya güclü komandadır, amma biz öz taktikamızdan istifadə edərək onlara rəqabət göstərəcəyik. Matç qurtarmamış onun necə bitəcəyini heç kim deyə bilməz».