12 iyun 2010 17:56

Oxucularımız Azərbaycan dilində futbola baxmaqda çətinlik çəkirlər

Saytımızda aparılan sorğunun nəticələrinə görə, oxucuların 26%-i Azərbaycan dilində futbol oyunlarına baxmaqda çətinlik çəkirlər. Lakin 20% oxucu məhz doğma dildə futbolu izləməyin daha gözəl olduğunu düşünür. Daha 20% isə translyasiyaların yalnız bir kanala verilməsini azarkeşlərin insan hüquqlarının pozulması hesab edir. Oxucuların 15%-i qanunların aliliyinə hörmətlə yanaşmağı zəruri sayır.