11 iyun 2010 12:38
Cənubi afrikalılar Mundialın hesabına öz problemlərini həll etmək istəyirlər
Cənubi Afrika Respublikasının dövlət qulluqçuları dünya çempionatının davam etdiyi müddətdə tətil keçirə biləcəkləri barədə xəbərdarlıqla çıxış ediblər.
azerisport.az xəbər verir ki, 1 milyondan artıq dövlət qulluqçusu hökumət onların əmək haqlarının artırılması ilə bağlı tələblərini yerinə yetirməyəcəyi halda tətil keçirməyə söz verib. Müəllimlərdən və həkimlərdən başqa, polislər və miqrasiya xidmətinin əməkdaşları da tətilə qoşula bilərlər.
Polis əməkdaşları olmadan dünya çempionatı günlərində Cənubi Afrikanın küçələrini və stadionlarını təsəvvür edə bilirsinizmi?
