11 iyun 2010 10:16
Dünya çempionatının daha bir qurbanı
Cənubi Afrikanın lideri, əfsanəvi Nelson Mandelanın 13 yaşlı nəticəsi (nəvəsinin qızı) Zenani Mandela bu gecə baş vermiş avtomobil qəzasında həlak olub.
azerisport.az xəbər verir ki, qəza Sovetoda keçirilmiş dünya çempionatının açılışına həsr olunmuş konsertdən sonra baş verib. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
