10 iyun 2010 12:59
Sabah vuvuzelalar Meksikanı şoka salacaq
Cənubi Afrika yığma komandasının müdafiəçisi Mettyu But sabah Meksikaya qarşı keçirəcəkləri dünya çempionatının açılış oyunu barədə fikirləri ilə bölüşüb.
azerisport.az xəbər verir ki, futbolçu deyib: «Meksikalıların İtaliyaya qarşı oyununa baxmışıq. Onların oyununda zəif mövqeləri bilirik. İnanıram ki, bizim müdafiəmiz həmin oyundakı italyan müdafiəsindən güclü çıxış edəcək. Səhvə yol vermək olmaz. O ki qaldı oyuna, azarkeşlərimiz və onların vuvuzelaları bizə kömək edəcək».
Arayış: Vuvuzela Cənubi Afrika azarkeşlərinin çox vaxt istifadə etdikləri nəfəsli alətdir və kəskin səsi ilə seçilir.
