10 iyun 2010 12:43
Kriştianu Ronaldo da problemlərlə üzləşib
Portuqaliya millisi dünya çempionatında keçirəcəyi ilk oyuna hazırlıqlarını davam etdirir. Dünən axşamkı məşqdə Ronaldodan başqa bütün futbolçular iştirak ediblər.
azerisport.az xəbər verir ki, məşhur forvard mədəsində virusla bağlı problem olduğu üçün yalnız idman zalında məşq edə bilib.
Naninin isə müalicə üçün Portuqaliyaya qayıdıb-qayıtmayacağı məlum olmalıdır. Bu gün onun əvəzinə komandaya xavbek Ruben Amorim qoşulmalıdır.
