9 iyun 2010 12:28
Cənubi afrikalılar futbola görə işləmək istəmirlər
Cənubi Afrika Həmkarlar Konqresi (KOSATU) təklif edib ki, cümə günü – dünya çempionatının açılışı ilə əlaqədar bütün iş yerlərində iş vaxtı gündüz saat 13:00-da bitsin.
azerisport.az xəbər verir ki, həmkarların bu təklifinə cavab olaraq Ticarət palatası şirkətlərin əksəriyyətinin həmin gün iş qrafikini daha çevik qura biləcəyinə əminliyini bildirib. Lakin sənayenin bütün sektorlarına bunu şamil etmək olmaz.
KOSATU-nun bəyanatında isə deyilir: «Birincilik zamanı bütün ölkə birləşməlidir, buna 63 milyard rand (CAR-ın pul vahidi) vəsait xərclənib. Hər bir Cənubi afrikalı bu bayramdan zövq almalıdır».
