9 iyun 2010 09:37
Dünya çempionatında kimləri görə bilməyəcəyik? (TAM SİYAHI)
İki gündən sonra Cənubi Afrikada başlayacaq futbol üzrə dünya çempionatı son vaxtlar ərzində bir sıra məşhur və o qədər də məşhur olmayan futbolçulardan müxtəlif növ zədələr üzündən məhrum olub
Bu gün səhərə kimi azerisport.az saytına məlum olan zədəlilərin tam siyahısı:
Kot-d’İvuar
Didye Droqba– iştirakı böyük sual altındadır, çox güman ki, meydana çıxa bilməyəcək. Yaponiya millisinə qarşı yoldaşlıq oyununda dirsək sümüyü sınıb.
İngiltərə
Rio Ferdinand– iştirak etməyəcək – yığmanın məşqində dizi zədələnib.
ABŞ
Jozi Altidor– iştirakı sual altındadır – yığmanın məşqində topuğundan zədələnib.
İsveçrə
Valon Behrami– iştirakı sual altındadır – İtaliya yığmasına qarşı yoldaşlıq oyununda qasıq nahiyəsindən zədə alıb.
Honduras
Uilson Palasios– iştirakı sual altındadır – Rumıniya yığmasına qarşı yoldaşlıq oyununda baldır sümüyü zədələnib.
Hollandiya
Aryen Robben- iştirakı böyük sual altındadır, çox güman ki, meydana çıxa bilməyəcək. Macarıstan yığmasına qarşı yoldaşlıq oyununda diz bağlarını zədələyib.
Nigeriya
Con Obi Mikel– iştirak etməyəcək – dizindən aldığı zədənin müalicəsi bitməyib.
Yaponiya
Yasuyuki Konno– iştirakı sual altındadır - Kot-d’İvuar millisinə qarşı yoldaşlıq oyununda dizi zədələnib.
Braziliya
Julio Sezar- iştirakı sual altındadır – Zimbabve yığmasına qarşı yoldaşlıq oyununda kürəyi zədələnib.
Mişel Bastos- iştirakı sual altındadır – yığmanın məşqində topuğundan zədə alıb.
Qana
Maykl Essyen– iştirak etməyəcək – diz zədəsini tam müalicə etdirməyib.
Salli Muntari- iştirakı sual altındadır – budunun hələ sağalmamış zədəsini daha da ağırlaşdırıb.
Almaniya
Mixael Ballak– iştirak etməyəcək – İngiltərə Kubokunun final oyununda topuq nahiyəsindən zədə alıb.
Hayko Vastermann- iştirak etməyəcək – Macarıstan yığmasına qarşı yoldaşlıq oyununda zədə alıb.
Kristian Treş- iştirak etməyəcək – məşqdə topuğunu zədələyib.
Çili
Umberto Suaso– iştirakı sual altındadır – İsrail yığmasına qarşı yoldaşlıq oyununda ayağından zədə alıb.
İtaliya
Andrea Pirlo- iştirakı sual altındadır – Meksika yığmasına qarşı yoldaşlıq oyununda topuğundan zədə alıb.
Danimarka
Niklas Bendtner– iştirakı sual altındadır – qasıq nahiyəsindən zədə alıb.
Portuqaliya
Nani– iştirak etməyəcək – yığmanın məşqində çiyni zədələnib.
İspaniya
Andres İnyesta– iştirakı sual altındadır – Polşa yığmasına qarşı yoldaşlıq oyununda sağ dizinin bağını zədələyib.
