9 iyun 2010 09:00

İnyesta polyaklarla oyunda zədələnib

İspaniyanın futbol üzrə yığma komandasının yarımmüdafiəçisi Andres İnyesta Polşaya qarşı keçirilmiş yoldaşlıq oyununun (oyunun nəticəsi ilə bundan əvvəlki xəbərdə tanış ola bilərsiniz) 39-cu dəqiqəsində meydanı tərk etməyə məcbur qalıb.
 
azerisport.az xəbər verir ki, «Barselona» klubunun futbolçusu bud əzələsini zədələyib. Xavbek lap bu yaxınlarda həmin zədədən müalicə olunmuşdu. Hazırkı Avropa çempionlarının baş məşqçisi Visente Del Boske bu faktdan nəticə çıxarmağa tələsmir və tibbi müayinənin yekununu gözləyir: «Görək rentgen müayinəsi nə göstərəcək».