9 iyun 2010 13:41
ŞOK!!! Dünya çempionatına ancaq Azərbaycan dilində baxacağıq!
Güman etdiyimiz başımıza gəldi!
azerisprort.az saytına eksklüziv olaraq daxil olan məlumata görə, 2010-cu ilin dünya çempionatına Azərbaycan ərazisində yalnız və yalnız «Lider» telekanalı vasitəsilə baxmaq mümkün olacaq. Bütün kabel operatorlarına sözügedən kanaldan bu gün daxil olan rəsmi məktubda bildirilir ki, oyunların translyasiyası zamanı digər ölkələrin matçları yayımlayan kanalları söndürülməlidir.
İnanılması çətin osla da, bu artıq faktdır və azerisport.az saytına verilən məlumata əsasən, matçların hətta təkrar yayımlarının da başqa dillərdə translyasiya olunan kanallar vasitəsilə göstərilməsi mümkün olmayacaq.
