8 iyun 2010 12:08
İspaniya millisinin məşqini 20 min (!) tamaşaçı izləyib
Bu gün dünya çempionatına hazırlaşan futbol üzrə İspaniya yığma komandası son hazırlıq oyununu keçirəcək. Xatırladaq ki, hazırkı Avropa çempionlarının rəqibi Polşa millisi olacaq. Matç Mursiyada oynanılacaq.
azerisport.az xəbər verir ki, 35 dərəcəlik istiyə baxmayaraq, Visente del Boskenin yetirmələrinin son məşqini düz 20 min tamaşaçı izləyib. Komandanın bugünkü rəqibi Polşa yığması isə dünya çempionatına düşə bilməyib və hazırda FİFA-nın reytinq cədvəlində 50-ci yeri tutur.
