8 iyun 2010 11:28
Dünya çempionatında rus hakimlər də olmayacaq
Bir neçə gündən sonra start götürəcək futbol üzrə dünya çempionatında Rusiyanın milli komandasının çıxış etməməsi bəs deyilmiş kimi, hakimlər arasında da bu ölkənin nümayəndəsi olmayacaq.
azerisport.az xəbər verir ki, dünya çempionatının oyunlarını idarə etmək üçün hər qitənin öz kvotası var. Belə ki, Avropanı 10, Afrikanı 3, Cənubi Amerikanı 6, Şimali və Mərkəzi Amerikanı 4, Asiyanı 4, Okeaniyanı isə 2 hakimlər briqadası təmsil edəcək.
Nə demək olar? Heç olmasa təsəlli tapaq ki, Azərbaycandan başqa, Avropadan Mundiala getməyənlərin arasında planetin sahəsinə görə ən böyük ölkəsinin də nümayəndəsi olmayacaq.
